📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Rusiyanın Ukraynaya müdaxiləsini "çox yüksək" qiymətləndirib

2022-02-17 20:21:00

Bayden Rusiyanın Ukraynaya müdaxiləsini

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya "işğal" təhlükəsini "çox yüksək" dəyərləndirib. Bu barədə Bayden jurnalistlərin suallarını cavbalandırarkən deyib. O bildirib ki, Rusiya hakimiyyəti qoşunlarını geri çəkmək əvəzinə, silhalı qüvvələrin sayını artırıb:

"Əsaslar var ki, onlar Ukraynaya girmək üçün başqasının bayrağı altında bəhanə əldə etmək əməliyyatı ilə məşğuldurlar. Bütün əlamətlər göstərir ki, Rusiya Ukraynaya hücum etməyə hazırdır".

Bayden bunun yaxın günlərdə reallaşacağını bildirib. Eyni zamanda ABŞ prezidenti Ukrayna ətrafında vəziyyətin diplomatik yolla tənzimlənməsini mümkün hesab etməkdə davam edir. O, dövlət katibi Entoni Blinkendən bu məsələ ilə bağlı Amerikanın təkliflərini BMT Təhlükəsizlik Şurasının iclasında təqdim etməyi xahiş etdiyini bildirib. \\AzVision.az