Bayden Rusiyaya qarşı yeni sanksiyalardan danışıb
2022-02-08 10:27:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts ilə birlikdə Rusiyaya qarşı sanksiyaları müzakirə etdiyini bildirib. Yeni, daha sərt sanksiyalar Rusiyanın Ukrayna ilə münaqişəni alovlandırdığı halda tətbiq ediləcək.
Qeyd edək ki, Olaf Şolts Almaniyanın Baş naziri seçiləndən sonra ilk dəfədir ki, Vaşinqtonda rəsmi səfərdədir.
Hürr Tərcüman