Bayden Rusiyaya xəbərdarlıq etdi
2021-12-13 14:28:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasındakı gərginlik fonunda ABŞ Prezidenti Cozef Bayden Rusiyaya xəbərdarlıq edib.
Bayden Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bunun bahasını qorxunc şəkildə ödəyəcəyini və dağıdıcı iqtisadi nəticələrlə qarşılaşacağını söylədiyini söyləyib.
“Avronyus” nəşrinin yazdığına görə, Co Bayden jurnalistlərə müsahibəsində Rusiyanın işğal edəcəyi təqdirdə, ABŞ quru müharibəsi birliklərini Ukraynaya göndərmək ehtimalının qətiyyən masada olmadığını söyləyib. Bununla birlikdə, ABŞ və NATO-nun müdafiələrini gücləndirmək üçün ittifaqın şərq qanadındakı ölkələrə daha çox qüvvə göndərməsi zərurətini vurğulayıb.
Hürr Tərcüman