📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Səudiyyə Ərəbistanına səfərinin məqsədini açıqlayıb – İsraildən Ciddəyə səfər edən ilk prezident olacaq

2022-07-11 17:59:00

Bayden Səudiyyə Ərəbistanına səfərinin məqsədini açıqlayıb – İsraildən Ciddəyə səfər edən ilk prezident olacaq

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden gələn həftə Səudiyyə Ərəbistanına edəcəyi səfər zamanı bu ölkə ilə strateji əlaqələri gücləndirmək niyyətində olduğunu bildirib.

Bayden bu açıqlamanı “Vaşinqton Post” qəzeti üçün yazdlığı məqalədə verib.

Ayden 13-16 iyul tarixlərində İsrailə, İordan çayının qərb sahilinə və Səudiyyə Ərəbistanına səfər edəcək. O, həmin səfərin həm region üçün, həm də ABŞ-ın mənfəətləri üçün mühüm olduğunu qeyd edərək yazıb: “Gələn həftə Amerikanın bölgədəki təmasları baxımından çox ümidverici bir dövrün başlanması üçün Yaxın Şərqə gedəcəyəm”.

Bayden Səudiyyə Ərəbistanı məsələsində də siyasi xətti dəyişdirdiklərini qeyd edərək, jurnalist Camal Kaşıkçının qətli ilə əlaqədar kəşfiyyat hesabatını yaydıqlarını və bununla bağlı 76 nəfərə qarşı sanksiya tətbiq elədiklərini xatırladıb. ABŞ Prezidenti bu səfərinə çoxlarının qarşı çıxdığından xəbərdar olduğunu və insan hüquqlarını həmişə - həm İsrail, həm İordan çayının qərb sahili, həm də Səudiyyə Ərəbistanında öz gündəmində saxlayacacağını qeyd edərək yazıb: “Prezident olaraq ölkəmizi güclü və təhlükəsizlik içərisində saxlamaq mənim işimdir. Rusiyanın təcavüzkarlığına qarşı durmalıyıq, Çin ilə mübarizədə ən yaxşı mövqeni tutmalıyıq, bütün dünyada daha çox sabitlik üçün çalışmalıyıq. Bunların hamısını həyata keçirmək üçün bu işə töfhə verə biləcək ölkələrlə birbaşa əməkdaşlıq eləməliyik. Səudiyyə Ərəbistanı da bu ölkələrdən biridir. Cümə günü Səudiyyə liderləri ilə görüşdüyüm zaman mənim məqsədim ortaq mənfəət və məsuliyyətə əsaslanan strateji tərəfdaşlığımızı gücləndirmək olacaqdır”.

Bayden cümə günü İsraildən Ciddəyə təyyarə ilə səyahət edən ilk prezident olacağını qeyd edərək, bunun israil ilə ərəb dünyası arasındakı münasibətlərin düzəlməsinin simvolu olacağını da bildirib.

Hürr Tərcüman