📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden: “Tayvanı Çinin müdaxiləsindən qoruyacağıq”

2021-10-22 15:59:00

Bayden: “Tayvanı Çinin müdaxiləsindən qoruyacağıq”

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Çinin müdaxilə edəcəyi təqdirdə Tayvanı müdafiə edəcəyini vəd edib. Bayden bu sözləri CNN medişirkətinin Baltimorda təşkil elədiyi seçicilərlə görüşdə “ABŞ-ın bunu etmək öhdəliyinin” olduğunu söyləyib.

Bayden Tayvanın müdafiəsi barəsindəki suala cavab verərkən deyib: “ABŞ-ın bunu etmək öhdəliyi var”.

Baydenin açıqlaması ABŞ-ın çoxdanlı “strateji ikimənalı” siyasətinə ziddir – Vaşinqton bir tərəfdən Tayvanın müdafiəsini qurmağa kömək eləsə də, adaya aşkar hərbi kömək göstərəcəyini vəd eləmir. Bu siyasət Çinin müdaxiləsinin qarşısını almaqla yanaşı, Tayvanı öz müstəqilliyini rəsmən elan etməkdən saxlamağa çalışır. Çünki Pekin Tayvanın müstəqilliyini elan eləməsini özünün qırmızı xətt hesab edir.

Bayden deyib: “Mən Çin ilə soyuq müharibə aparılmasını istəmirəm. Sadəcə istəyirəm ki, Çin bizim güzəştə getməyəcəyimizi bilsin, biz öz baxışlarımızı dəyişməyə hazırlaşmırıq”.

Baydenin açıqlamasına cavab verən Çin tərəfi isə öz növbəsində Çin-Amerika əlaqələrinə, Tayvan körfəzində sülhə və sabitliyə zərər vurmamaq üçün Ağ Evə “Tayvanın müstəqillik qüvvələrinə yanlış siqnallar göndərməməyi” məsləhət görüb. “Röyters” agentliyinin xəbərinə görə, bu açıqlamanı Çin Xalq Respblikasının Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Van Venbin verib.

Hürr Tərcüman