📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayden "Teleqram"a da nəzarət etmək istəyir"

2024-08-27 10:17:37

Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin "Teleqram" şəbəkəsinin qurucusu Pavel Duraovun həbsinin arxasında ABŞ-ın dayandığını, ABŞ Prezidenti Cozef Baydenin seçkilərdən əvvəl "Teleqram"ı nəzarət altına almaq istədiyini söyləyib.
O, öz "Teleqram" səhifəsində yazıb: "Teleqram" - ABŞ-ın təsir gücünə malik olmadığı az sayda və eyni zamanda ən böyük internet platformalarından biridir. Həm də bu şəbəkə onlar üçün maraqlı olan bir çox ölkələrdə işləyir. Seçkilərin astanasında "Teleqram"ı nəzarət altına almaq ABŞ Prezidenti Bayden üçün çox mühümdür".
Hürr Tərcüman