📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Tramp barəsində dediklərinə görə üzrxahlıq etdi

2024-07-16 10:55:05

Bayden Tramp barəsində dediklərinə görə üzrxahlıq etdi

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden rəqibi, eks-prezident Donald Tramp barəsində bir həftə əvvəl söylədiyi sözlərə görə üzrxahlıq edib.
O demişdi: "Trampı hədəf taxtasına çevirməyin vaxtıdır" (It’s time to put Trump in a bullseye). 
Bayden NBC kanalının efirindəki çıxışında bu ifadə ilə "diqqəti Trampa yönəltmək" lazım olduğunu bildirmək istədiyini söyləyib: "Mən diqqəti onun nə etdiyinə, siyasətinə, debatlarda nə qədər yalan söylədiyinə yönəltmək lazım olduğunu nəzərdə tuturdum".
Qeyd edək ki, Trampa sui-qəsd cəhdindən sonra Baydenin bu ifadəsi Ağ Evə qarşı ittihamlar irəli sürülməsinə səbəb olub.
Hürr Tərcüman