📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Türkiyəyə qarşı qalmaqallı ittiham irəli sürdü – terrorçuları müdafiə etdi

2021-10-08 16:12:00

Bayden Türkiyəyə qarşı qalmaqallı ittiham irəli sürdü – terrorçuları müdafiə etdi

Hurriyyet.az “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Türkiyənin PKK terror təşkilatına qarşı əməliyyatlarının ABŞ-ın milli təhlükəsizliyini təhdid elədiyini söyləyib.

Türkiyənin cənub sərhədlərində yerləşən terrorçulara hərbi dəstək olan, terrorçuları bəsləyən onlara minlərlə tır yardım və silah-sursat göndərən ABŞ Suriya ilə bağlı Milli Fövqəladə Vəziyyət rejiminin müddətini daha 1 il müddətinə uzadıb.

Bayden bu qərarla bağlı Konqresə göndərilən bildiriş məktubunda Türkiyənin Suriyada PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarının İŞİD ilə mübarizəyə zərər verdiyini iddia edib. Bayden yazıb: “Suriyadakı və Suriya ilə əlaqədar vəziyyətlər, xüsusilə də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücum aktları İŞİD-i məğlub eləmək səylərinə zərər verir, dinc əhalini təhlükəyə atır, regionda sülh, təhlükəsizlik və sabitliyi zədələmə təhdididir və ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə qarşı  yeni və fövqəladə təhdid olmağa davam edir”.

Hürr Tərcüman