Bayden Ukrayna ilə bağlı ictimaiyyət üçün çıxış edəcək
2022-02-22 20:52:00
ABŞ prezidenti Cozef Bayden Rusiya və Ukrayna ətrafında baş verən hadisələrlə bağlı ictimaiyyətə açıqlama verəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin canlı yayımda vətəndaşlara müraciət edərək Ukrayna ilə yaranmış gərginlikdən, Qərblə olan münasibətlərin pisləşməsindən danışmışdı. \\Manşet.az