Bayden Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək
2024-06-03 18:55:04
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydan İsveçrədə keçiriləcək Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək. Ağ Evdən verilən açıqlamaya görə, Birləşmiş Ştatları tədbirdə vitse-prezident Kamala Harris ilə Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan təmsil edəcəklər.
Konfrans iyunun ortalarında İsveçrənin Lyusern şəhərində keçiriləcək.
Hürr Tərcüman