📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden: "Ukraynadakı münaqişə NATO-nu təhdid edir"

2023-12-30 21:35:07

Bayden:

Rusiya ilə Ukrayna arasındakı münaqişə digər ölkələrə də təsir edir. Xüsusilə, Şimali Atlantika Alyansı üçün təhlükə yaradır.
Bu fikri ABŞ Prezidenti Co Bayden deyib.
"Bu mübarizə Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edir", - o, Ağ Evin saytındakı bəyanatında bildirib.
O, Rusiyanın bəzi NATO müttəfiqlərini təhdid etdiyini açıqlayıb. Bayden hesab edir ki, bu, öz növbəsində ABŞ-nin Ukrayna münaqişəsinə cəlb olunma şansını artırır.
Amerika lideri həmçinin bildirib ki, ABŞ vətəndaşları fəxr etməlidirlər ki, onların ölkələri Kiyev rejiminə kömək edir. \\Ordu.az