Bayden Ukraynanı Kim Çenin ordusunu vurmağa çağırıb
2024-10-30 10:28:41
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden Ukraynanı Kim Çenin əsgərlərini vurmağa çağırıb. "Röyter" agentliyinin Amerika Prezidentindən gətirdiyi sitatda deyilir: "ABŞ Kursk vilayətində Şimali Koreya əsgərlərinin varlığını müşahidə edir. KXDR hərbçiləri Ukrayna ərazisinə daxil olarlarsa, Kiyev cavab zərbəsi endirməlidir".
Baydenin Şimali Koreya qüvvələrinin Kursk vilayətinin ərazisində olması barəsində məlumatdan narahat olduğunu bildirib. Ondan Ukrayna hərbçilərinin cavab zərbəsi endirib-endirməməli olduğunu soruşduqda Bayden deyib: "Onlar Ukrayna ərazisinə keçsələr, bəli".
Hürr Tərcüman