Bayden Ukraynanın XİN və MN rəhbərləri ilə görüşəcək
2022-03-26 15:18:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, bu gün Polşanın paytaxtı Varşava şəhərində ABŞ Prezidenti Cozef Bayden Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba və Müdafiə naziri Aleksey Reznikov ilə görüşəcəkdir. Bu barədə açıqlamanı Ağ Ev verib.
Görüşdə ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə Müdafiə naziri Lloyd Ostin də iştirak edəcəklər.
Hürr Tərcüman