📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Ukraynaya 12 milyardıq yardımla bağlı Konqresə çağırış etdi

2022-03-08 21:24:00

Bayden Ukraynaya 12 milyardıq yardımla bağlı Konqresə çağırış etdi

ABŞ prezidenti Co Bayden Konqresi Ukraynaya 12 milyard dollarlıq yardım paketini təsdiq etməyə çağırıb. AzVision.az xəbər verir ki, o, bununla bağlı televiziyada çıxışı zamanı məlumat verib. - Və mən Konqresi onlardan xahiş etdiyim Ukraynaya 12 milyard dollarlıq yardım paketini təsdiqləməyə çağırıram, - Bayden deyib.

Qeyd edək ki, əvvəllər bu paketin həcmi 10 milyard dollar qiymətləndirilirdi. Amerika hakimiyyəti bildirir ki, vəsait Ukraynaya hərbi yardımı davam etdirmək və NATO-nun “şərq cinahını” gücləndirmək üçün istifadə olunacaq.

Mənbə: azvision.az