📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Ukraynaya təcili yardım barədə memorandumu imzaladı

2022-02-26 09:50:00

Bayden Ukraynaya təcili yardım barədə memorandumu imzaladı

ABŞ Prezidenti Co Bayden Ukraynaya təcili hərbi yardım göstərilməsi barədə memorandum imzalayıb.

Hurriyyet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sənədin olduğu haqda məlumatı Ağ Ev yayıb.

Memorandum ABŞ Dövlət katibi Entoni Blinkenə Ukraynaya təcili hərbi yardım göstərmək səlahiyyəti verir. 

Bildirilir ki, Bayden Ukraynaya 600 milyon dollar yardım göstərilməsi barədə göstəriş verib. Bu məbləğin  350 milyon dolları isə hərbi ehtiyaclar üçün nəzərdə tutulub.