📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden uyğur türkləri ilə bağlı Çinə qarşı sanksiya qərarlarını imzalayıb

2021-12-24 15:46:00

Bayden uyğur türkləri ilə bağlı Çinə qarşı sanksiya qərarlarını imzalayıb

Hurriyyet.az “Sözçü” nəşrinə istinadən xəbər verir ki, ABŞ Çinin uyğur türklərinə qarşı zorakılığına cavab olaraq sanksiya qərarını imzalayıb.

Çinin Kommunist hökumətinin düşərgələrində minlərlə insan saxlanılır. Uyğurların Əməyinin Məcburi İstismarının Qarşısını Almaq Qanunu ötən həftə ABŞ-ın Nümayəndələr Palatasında və Senatda qəbul edildikdən sonra Baydenin imzası ilə qüvvəyə minib.

Qanun Çinin şimal-qərb bölgəsi olan Sincan bölgəsindən məhsul idxalını qadağan edir. Həmçinin, uyğurların insani hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Çin məmurlarına qarşı da sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur. Şahidlərin ifadələri əsasında hazırlanmış hesabata əsasən, Pekin hakimiyyəti uyğurlara qarşı işgəncə, təcavüz, məcburi abort kimi vəhşiliklər və soyqırımı törətməkdə ittiham edilir.

Hürr Tərcüman