📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden Varşavada NATO-nun şərq cinahının liderləri ilə görüşəcək

2023-02-22 10:56:00

Bayden Varşavada NATO-nun şərq cinahının liderləri ilə görüşəcək

ABŞ prezidenti Co Bayden çərşənbə günü Varşavada NATO-nun şərq cinahı ölkələrinin daxil olduğu "Buxarest doqquzluğu"nun liderləri ilə görüş keçirəcək.
"Reuters"in məlumatına görə, Bayden görüşdə Şərqi Avropa ölkələrini ABŞ-ın müttəfiqlik öhdəliklərinə sadiqliyinə əmin edəcək və onlarla Ukraynaya yardımı müzakirə edəcək.
Rumıniya "Buxarest doqquzluğu" ölkələrinin əksəriyyəti Ukrayna ordusuna yardımın artırılmasının tərəfdarıdır.
Litva prezidenti Gitanas Nauseda görüşdə ABŞ-ın Avropada və NATO-nun şərq cinahında daha təsirli olmasını, eləcə də Ukraynaya daha çox yardım göstərməsini arzuladığını söyləməyə hazırlaşır. Bu barədə çərşənbə axşamı Litva radiosunun efirində Nausedanın xarici siyasət üzrə müşaviri Asta Skaysgirte bildirib.
Skaysgrite bildirib ki, "Litva və digər həmfikir ölkələrin hava hücumundan müdafiə, irəli müdafiə [müttəfiq qüvvələrin] mövcudluğu və müdafiə sənayesinə investisiyaların artırılması ilə bağlı tələbləri var".
“Buxarest doqquzluğuna” vaxtilə Sovet İttifaqının tərkibində və ya onun təsir dairəsində olmuş və dağıldıqdan sonra NATO-ya qoşulmuş ölkələr daxildir. Bunlar Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya, Polşa, Litva, Latviya və Estoniyadır.
Ülviyyə, Hurriyyet.az