Bayden vəzifə başına qayıtdı
2021-11-20 14:22:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden narkoz altında kolonoskopiya əməliyyatı keçirdikdən sonra artıq öz vəzifəsinin icrasına qayıdıb. Bu barədə məlumatı Ağ Evin rəsmi təmsilçisi Cen Psaki verib.
Bayden əməliyyata daxil olarkən Konstitusiyaya uyğun olaraq öz səlahiyyətlərini Kamala Harrisə həvalə eləmişdi.
Hürr Tərcüman