Bayden xərçəng xəstəsi olduğunu bildirdi, Ağ Ev açıqlama verdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin iştirak elədiyi tədbirlərdən birində xərçəng xəstəliyinə tutulduğunu söyləməsindən sonra Ağ Ev bununla bağlı açıqlama verib. Açıqlamada Baydenin vəzifə başına gəlməzdən əvvəl sağaldığı dəri xərçəngindən danışdığı bildirilir.
Massaçusetsdəki bir tədbirdə çıxış edən Bayden, yerin altından çıxarılan yanacaqları nəzərdə tutaraq deyib: “Mən və bir çox insan bunlara görə xərçəngə tutulduq, mənim yaşadığım Delaverdə ölkədə ən yüksək xərçəng halları qeydə alınıb”.
Baydenin bu sözləri əhalisə çaşqınlıq yaradıb, sosial şəbəkələrdə “Bayden xərçəng xəstəliyinə tutulubmu?” sualları verilib.
Ağ Evin mətbuat təmsilçilərindən olan Endryu Beyts “Tvitter” hesabındakı açıqlamasında bu suallara cavab olaraq Baydenin prezident vəzifəsinə gəlməzdən əvvəl keçirdiyi dəri xərçəngi xəstəliyinin nəzərdə tutduğunu qeyd edib, ötən ilin noyabr ayında dərc edilən sağlamlıq hesabatında da keçmişdə xərçəng xəstəliyindən sağaldığı faktının yazıldığını xatırladıb.
Hürr Tərcüman