Bayden yenə çaşdı – BMT ilə ABŞ-ı qarışdırdı
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden BMT-nin Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı zamanı ABŞ ilə BMT kəlmələrini səhv salıb. Bu barədə “Skay Nyus” (Sky News) kanalı məlumat verib.
Bayden deyib: “Birləşmiş Ştatlar demokratik dəyərləri, azadlığı və bərabərliyi müdafiə edəcəkdir. Mən bütün insanların universal hüquqları olduğuna inanıram. Bu, bizim millətin DNT-sində var. Ən başlıcası isə, bu təşkilata – Birləmiş Ştatlara məxsus cəhətdir”.
Beləliklə, Bayden "states" (United States of America — ABŞ) və "nations" (United Nations — BMT) sözlərini səhv salıb.
Ağ Evin başçısı daima öz çıxışlarında sözləri qarışdırır. Məsələn, Liviya ilə Suriyanı, İraq ilə İranı, Barak Obama ilə Donald Trampı, eskalasiya ilə vaksinasiyanı qarışdırdığı hallar olub, Rusiya Prezidenti Vladimir Putinin soyadını çətinliklə tələffüz edib, Avstraliyanın Baş nazirinin adını unutduğuna görə onu “qarşı tərəfdəki gənc” adlandırıb.
https://twitter.com/RNCResearch/status/1440326219711467522