📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayden yenidən koronovirusa yoluxub

2022-07-30 23:08:00

Bayden yenidən koronovirusa yoluxub

ABŞ Prezidenti Cozef Bayden yenidən koronovirusa yoluxub.

Bu barədə Bayden özünün tvitter hesabında yazıb.

“Dostlar, bu gün yenidən COVID üçün verdiyim test müsbət çıxıb. Bu, çox az sayda insanlarda olur. Heç bir əlamət yoxdur, amma ətrafımdakı hər kəsin təhlükəsizliyi üçün özümü təcrid edəcəm. Mən hələ də işdəyəm və tezliklə yoluma davam edəcəyəm”, - Bayden yazıb.

Report.az