Bayden Zelenskini qəbul edəcək
2023-12-11 08:14:59
Hurriyyet.az xəbər verir ki, dekabrın 11-də, bazar ertəsi günü Ukrayna Prezidenti Vladiir Zelenski Birləşmiş Ştatlara səfər edəcək və orada ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək. Bu barədə məlumatı Ukrayna Prezidenti Ofisi verib.
Açıqlamada deyilir: “Dekabrın 11-də Vladimir Zelenkinin Birləşmiş Ştatlara işgüzar səfəri başlanacaq.Ukrayna Prezidenti ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək, bir sıra görüşlər keçirəcək, danışıqlar aparacaq”.
Danışıqların əsas mövzularından birinin Vaşinqtonla Kİyev arasında hərbi sənaye sahəsində əməkdaşlığın, silah və HHM sistemləri istehsalı sahələrində birgə layihələrin gələn ildə də davam etməsi olduğu bildirilir.
Hürr Tərcüman