Baydendə xərçəng aşkar edilib
2023-03-04 14:22:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Ağ Evin həkimi Kevin O`Konner ABŞ Prezidenti Cozef Baydenin 16 fevral tarixində, Vaşinqtondakı Volter Rid adına hərbi-tibb mərkəzində dəridəki bədxassəli şişlə bağlı əməliyyat olunduğunu bildirib.
Həkimin sözlərinə görə, əməliyyatdan sonra 80 yaşlı prezident tibbi müayinədən keçib və onun sağlam və iş fəaliyyətinə malik olduğu bildirilib. Baydenin köksündən götürülmüş şişin metastaz verməyən növdən olduğu bildirilir.
Hürr Tərcüman