📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baydendən əqli cəhətdən sağlam olduğuna dair arayış tələb edirlər

2023-05-13 11:41:00

Baydendən əqli cəhətdən sağlam olduğuna dair arayış tələb edirlər

Hurriyyet.az xəbər verir ki, ABŞ-da Respublikaçılar Partiyasının 60 nəfərdən artıq üzvü ölkə Prezidenti Co Baydenin əqli qabiliyyətlətinin yoxlanılmazını tələb edib. “Foks” telekanalının verdiyi xəbərə görə, Bayden testdən keçməkdən imtina edəcəyi təqdirdə, Respublikaçılar onu seçkilərdə iştirak etməkdən imtina eləməyə çağırıblar.

Respublikaçılar partiyasının üzvü, Ağ Evin keçmiş həkimi Ronni Cekson konqresmenlərin Amerika Prezidentinin koqnitiv vəziyyətindən narahat olduqlarını, onun növbəti müddətdə  ölkəyə başçılıq edə biləcəyinə şübhə ilə yanaşdıqlarını söyləyib.

Respublikaçıların yazılı müraciətində deyilir: “Biz hesab edirik ki, cinsindən, yaşından, yaxud da hansı partiyaya mənsub olmasından asılı olmayaraq, prezidentlər sağlam əqli qabiliyyətə malik olduqlarını sənədli şəkildə təsdiqləməli və nümayiş etdirməlidirlər”.

Bayden prezident olduğu dövrdə iki dəfə tibbi müayinədən keçib və sağlam olduğu bildirilib.

Hürr Tərcüman