Baydendən rekord büdcə qərarı – Ukraynaya yüzmilyonlarla dollar yardım ayrıldı
2022-12-23 21:03:00
Hurriyyet.az “Yevropeyskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden 2023-cü il ABŞ müdafiə büdcəsi üçün rekord büdcə ayrılması qərarını imzalayıb.
Büdcənin ümumi həcmi 858 milyard dollar təşkil edir.
Həmin məbləğin 800 milyon dolları Rusiyaya qarşı mübarizə aparan Ukrayna dövlətinə hərbi yardım edilməsi üçün nəzərdə tutulub.
ABŞ Nümayəndələr Palatası dekabrın 8-də, Konqress isə dekabrın 16-da büdcə layihəsini təsdiqləmişdi.
Hürr Tərcüman