Baydenə, Blinkenə, Hillari Klintona qarşı sanksiya qoyuldu
2022-03-15 19:09:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya ABŞ Prezidenti Cozef Baydenə qarşı fərdi məhdudiyyətlər tətbiq edib. Bu barədə açıqlamanı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi verib: “Rusiya Federasiyasının yüksək vəzifəli şəxslərinin ABŞ-a səfərinin qadağan edilməsi də daxil olmaqla, misli görünməmiş sanksiyalar siyahısına cavab olaraq qarşılıqlı şəkildə Prezident Co Bayden də daxil olmaqla, Amerikanın bir sıra idarə başçılarının və məşhur xadimlərinin adları 15 mart tarixindən etibarən Rusiyanın “stop-siyahısı”na salınır.
Rusiyanın cavab sanksiyaları siyahısına düşənlər bu şəxslərdir:
- Cozef Bayden
- Entoni Blinken – ABŞ Dövlət katibi
- Lloyd Ostin – ABŞ Müdafiə nazir
- Mark Milli – Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri
- Ceykob Sallivan – ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi
- Vilyam Berns – MKİ direktoru
- Cennifer Psaki – Ağ Evin mətbuat katibi
- Dalip Sinqh – ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisinin müavini
- Samanta Pauer – Beynəlxalq İnkişaf Agentliyinin direktoru
- Hanter Bayden – ABŞ Prezidentinin oğlu
- Hillari Klinton – ABŞ Prezidentliyinə keçmiş namizəd
- Adeyveyl Adeyemo – Maliyyə nazirinin birinci müavini
- Reto Co Lüis – İxrac-İdxal Bankının Direktorlar Şurasının Prezidenti və sədri.
Hürr Tərcüman