Baydeni kim əvəz edəcək?
2024-07-03 16:42:04
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyi ABŞ Prezidenti Cozef Baydenin komandasından, Ağ Evin əməkdaşlarından və Demokratik Milli Komitədən olan yeddi yüksək vəzifəli məmura istinadla vitse-prezident Kamala Harrisin onu əvəz edə biləcəyini bildirib.
Agentliyin məlumatına görə, Bayden qarşıdakı prezident seçkilərində mübarizəsini dayandırmağı qərara alacağı təqdirdə, demokratlar Kamala Harrisi ən yaxşı alternativ hesab edirlər.
Hürr Tərcüman