📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baydenin Əliyevə məktubunda Moskvaya mesajı

2022-05-21 09:00:00

Baydenin Əliyevə məktubunda Moskvaya mesajı

Bayden Əliyevə məktubunda qeyd edir ki, Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir.

Bu qeyddə iki mesaj var:

Birincisi, Vaşinqton Bakıya “işğalçı Rusiya qarşısında Azərbaycanı dəstəkləyirik” mesajı verir və bununla ABŞ cəbhəsində yer almasını istəyir;

İkincisi, Vaşinqton Moskvaya “Azərbaycanın yanındayıq” mesajı verir.

Geosiyasi qarşıdurma Azərbaycanın hər iki cəbhə üçün önəmini artırır, istər enerji resursları, istər Cənubi Qafqazda güc balansı, istərsə Mərkəzi Asiya coğrafiyası baxımından. Və bu, Bakının manevr imkanlarını genişləndirir.

Axar.az