Baydenin Ərdoğana təklifi
Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Vilnüsdəki görüşü zamanı “sürətlə dəyişən hadisələri müzakirə eləmək üçün” həmkarına birbaşa əlaqə kanalı yaratmağı təklif edib.
Nəşrin yazdığına görə, bu təklif iki ölkə liderinin danışıqlarının mühüm nəticələrindən biridir. Qəzet qeyd edir ki, Ağ Evin başçısı Türkiyə lideri ilə söhbəti zamanı bildirib ki, belə ani kontaktın mümkün olması faydalıdır. Çünki dünya hadisələrinin sürətli inkişafı liderlər səviyyəsində təcili əlaqə yaradılması zərurətini yaradır.
“Sabah” qəzeti xatırladıb ki, Bayden prezidentliyə namizəd oduğu dövrdə “seçkilər yolu ilə Ərdoğanı hakimiyyətdən kənarlaşdırmaq üçün Türkiyə müxalifəti ilə əməkdaşlıqdan danışırdı”. Lakin indi “öz dostluğunu Türkiyə Prezidentinə göstərmək zərurəti hiss edir”.
Hürr Tərcüman