📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baydenin müşaviri Azərbaycanda

2024-10-09 14:06:50

Baydenin müşaviri Azərbaycanda

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib.

“Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, - paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.