“Baydenin yerinə mən prezident olsaydım, Ukraynaya heç nə olmazdı”
Ukraynadakı müharibənin səbəbkarı ABŞ-ın indiki rəhbərliyidir?
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib: “2020-ci ildəki prezident seçkilərində mən qələbə çalmış olsaydım, Ukraynadakı müharibə bu həddə çatmazdı”.
ABŞ-ın Alyaska ştatında tərəfdarlarının qarşısında çıxış edən D.Tramp dövlətin indiki başçısı Cozef Baydenin dövründə ölkənin gerilədiyini, inflyasiyanın rekord həddə çatdığını, yanacaq qiymətlərinin qeyri-adi sürətlə artdığını xatırladıb.
ABŞ hərbçilərinin Əfqanıstanı tərk etməsindən danışan Tramp Ukraynadakı vəziyyətin ağırlaşmasını da diqqətə çatdırıb.
Tramp deyib: “2020-ci ildəki prezident seçkilərində qələbə qazansaydım, bütün bunlar baş verməzdi. Bir razılaşma əldə edə bilərdik, amma buna belə məcbur qalmazdıq. Heç bir şey olmayacaqdı”.
Hürr Tərcüman