📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Baydenlə bağlı zarafatı hamını güldürdü - Video

2022-04-06 17:03:00

Baydenlə bağlı zarafatı hamını güldürdü - Video

Xəbər verdiyimiz kimi, ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.

Hurriyyet.az-ın məlumatına görə, Obamanın Ağ Evdə çıxışı zamanı maraqlı hadisə yaşanıb.

Belə ki, Obama çıxışında zarafatla ABŞ Prezidenti Co Baydeni “vitse-prezident” adlandırıb. O isə qarşılığında gülərək Obamaya hərbi salam verib.

Qeyd edək ki, Co Bayden 2009-2017-ci illərdə Barak Obamanın prezidentliyi dövründə vitse-prezident olaraq çalışıb.