Baydenlə görüşəcəklərmi? – Zelenski açıqlama verdi
2023-02-01 22:02:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında Polşada ABŞ Prezidenti Cozef Baydenlə görüşə hələlik dəvət almadığını söyləyib.
Polşa mətbuatı bu görüşün keçiriləcəyi barəsində xəbərlər yaymışdı.
Zelenski bu gün Kiyevdə Avstriya Prezidenti Aleksandr Von der Bellen ilə görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandırarkən deyib: “ABŞ Prezidentinə gəlincə, biz vaxtaşırı onunla görüşürük. Lakin məni Polşaya dəvət eləməyiblər”.
Hürr Tərcüman