📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayer" “BayArena”da təhlükə saçır - BU, NƏ RƏQƏMLƏRDİR?!

2023-10-26 19:33:35

“Bayer

“Qarabağ” Avropa Liqasındakı növbəti rəqibi Almaniya nəhənglərindən biridir.

Qrupdakı ilk matçı qalibiyyətlə başa vuran “köhlən atlar” “Bayer Leverkuzen”lə səfər qarşılaşmasında da sərfəli nəticəyə ümid edir.

Lakin “qırmızı-qaralar”ın ev matçlarındakı göstəriciləri sözün əsl mənasında təhlükə saçır.

Bundesliqada 8 oyundan sonra topladığı 22 xalla turnir cədvəlinə liderlik edən Xabi Alonsonun çalışdırdığı kollektiv “BayArena”da qarşısıalınmazdır.

Cari mövsümdə doğma meydanda Bundesliqa çərçivəsində 4, Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 oyun keçirən “Bayer Leverkuzen” bütün matçları qalibiyyətlə başa vurub.

“Qarabağ”ın rəqibi 4-ü Bundesliqa, 2-si yoldaşlıq görüşü, 1-i Avropa Liqasının oyunu olmaqla ardıcıl 7 matçdır ki, “BayArena”da qələbəyə sevinir.

Və ən maraqlısı, bu oyunların hamısında rəqib qapılarından azı 3 top keçirib. Öz meydanında son 3 görüşü darmadağınla başa vurub, ümumilikdə 5 qarşılaşmada azı 3 top fərqi ilə qalib gəlib.

Bir sözlə, “BayArena” cari mövsümdə rəqib komandalar üçün qorxulu röyaya çevrilib. Ümid edək ki, “Qarabağ” almanların uğurlu qrafikinə son qoyacaq.

Oktyabrın 26-da keçiriləcək “Bayer Leverkuzen” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. \\SPORTİNFO.AZ