📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım - FOTO

2023-10-24 23:45:04

“Bayer”dən “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım - FOTO

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ”ı qonaq edəcək Almaniyanın “Bayer” klubu komandamızın qapıçısı ilə bağlı paylaşım edib.

Leverkuzen təmsilçisi “Instagram” səhifəsində komandanın sabiq qolkiperi, hazırda isə Ağdam klubunda çıxış edən Andrey Lunyovun fotosunu paylaşıb.

Foto “Tezliklə görüşərik” başlığı ilə təqdim olunub.

Qeyd edək ki, 2021-2023-cü illərdə rusiyalı qolkiper məhz “Bayer”də forma geyinib.

Xatırladaq ki, “Bayer” - “Qarabağ” matçı oktyabrın 26-da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.