📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayern Münhen" Komanın transferi ilə bağlı ərəblərlə razılığa gəldi

2024-08-27 23:07:40

"Bayern Münhen"in futbolçusu Kinqsli Koman karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır. 

Məlumatı "Lequipe" yayıb.

Xəbərə görə, onun xidmətində "Əl-Hilal" maraqlıdır. Mənbə Ər-Riyad klubunun fransalı futbolçunun transferi ilə bağlı Almaniya nəhəngi ilə razılığa gəldiyini vurğulayıb. 28 yaşlı vingerin indlik ərəblərlə şəxsi müqavilə şərtlərini müəyyənləşdirmədiyi bildirilib. Komanın İngiltərə Premyer Liqası təmsilçilərindən təklif almaq istədiyi üçün gözləmə mövqeyində olduğu açıqlanıb.

Qeyd edək ki, 2017-ci ildən "Bayern"də oynayan Koman münhenlilərin yeni baş məşqçisi Vensan Kompaninin gələcək planlarına daxil deyil. \\Fanat.Az