📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayern Münhen" Müllerlə bağlı qərarını rəsmən açıqladı

2022-05-03 20:16:00

Ardıcıl 10-cü dəfə Almaniya çempionu olan "Bayern Münhen" hücumçusu Tomas Müllerlə müqavilə yeniləyib.

32 yaşlı oyunçu müddəti 2024-cü ilə qədər olan anlaşmaya qol çəkib.

Sözügedən forvardın əvvəlki sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər idi.

Müller "Bayern"in öz yetirməsidir. Bu mövsüm Almaniya Bundesliqasında 30 matça çıxan hücumçu 7 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb. \\Fanat.Az