📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayılda qorxulu anlar: Ramazanov huşunu itirdi, dərhal xəstəxanaya aparıldı

2023-11-03 21:57:03

Bayılda qorxulu anlar: Ramazanov huşunu itirdi, dərhal xəstəxanaya aparıldı

Hazırda davam edən “Səbail” – “Turan Tovuz” matçında qorxulu anlar yaşanıb.

Matçın 44-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev meydan sahibi komandanın üzvü Ağabala Ramazanovla top mübarizəsi zamanı bilməyərəkdən hücumçuya zərbə endirib. Huşunu itirən Ramazanov yerdə qalıb. Dərhal meydana hər iki komandanın həkimləri və təcili tibbi yardım maşını gəlib. 

Vəziyyəti niəsbətən yaxşı görünən futbolçu birbaşa xəstəxanaya aparılıb.

İdmanxeber.az