“BayMedical” cərimələndi
2022-04-16 21:07:00
“BayMedical” MMC-yə cərimə protokolu yazılıb.
MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
İş hakim Süleyman Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 27-nə təyin edilib. \\Pravda.az