📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bayrağımız 7 il sonra Bayraq Meydanında - Video

2024-08-02 16:52:22

Bayrağımız 7 il sonra Bayraq Meydanında - Video

Dövlət Bayrağı Meydanında 7 ildən sonra bayraq ucaldılıb.

Hurriyyet.az xəbər verir ki, 2017-ci ildən söküntüsünə başlanılan və yeni dirəyin quraşdırıldığı meydanda bu gün bayraq qaldırılıb.

Qeyd edək ki, əvvəlki dirəyin hündürlüyü 162 metr idi. 2021-ci ildən etibarən quraşdırılan və bir neçə gün əvvəl tikintisi başa çatdırılmış yeni dirəyin hündürlüyünün isə 191 metr olduğu bildirilib.