"Bayrakdar" PUA-larına "Qarabağ" adı veriləcək" - Səlçuk Bayrakdardan ÖZƏL AÇIQLAMA -VİDEO
“Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, Türkiyə Teknoloji Takımı Vakfının rəhbəri Səlçuk Bayrakdar Azərbaycanda işgüzar səfərdədir. O, may ayında ölkəmizdə baş tutacaq "Texnoseft" festivalı ilə bağlı təşkil olunan tədbirdə Musavat.com-un suallarını da cavablandırıb. Səlcuq Bayraqdar, "İkinci Qarabağ Savaşında "Bayraktar" PUA-larının müstəsna rolu oldu. Bu qələbə münasibətilə gələcəkdə PUA modellərinin birinə "Qarabağ" adını vermək barədə düşünürsünüzmü" sualına belə cavab verib: "Bu fikri ilk dəfə siz söylədiniz. Amma gözəl bir fikirdir. Gələcəkdə belə bir təşəbbüs ola bilir. Çünki məhz Qarabağ savaşında ilk dəfə PUA-lar havaya uçdu. Bu, dünyada müharibə tarixində PUA-larla qələbə əldə edilən ilk savaş oldu. Ona görə bu çox şanlı müharibə sayılır. O baxımdan gözəl bir təşəbbüs olardı".
Qeyd edək ki, 44 günlük Qarabağ Savaşında tarix yazmış Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları dünyada ən yaxşı robot təyyarəsi sayılır.
musavat.com