📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayraktar” heyranlığı  – Rusiya silahlı dron zavodu tikir

2021-12-22 18:00:00

“Bayraktar” heyranlığı  – Rusiya silahlı dron zavodu tikir

Hürriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Rusiyada SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) istehsal edən zavod tikilib.

“Kronştadt” şirkəti Moskva yaxınlığındakı Dubne məntəsəqində vertolyot və təyyarə tipli SPUA istehsalı mərkəzi yaradıb. Bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.

Rusiyada böyük ölçülü dronların istehsalı üzrə ilk ixtisaslaşdırılmış zavodun istehsalat korpusunda tikinti-montaj işlərinin artıq başa çatdığı, müəssisənin postsovet Rusiyası dövründə tikilmiş ilk aviasiya zavodu olduğu bildirilir.

Zavodun tikintisi 2021-ci ilin aprelində başlanıb.

Hürr Tərcüman