📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayraktar" PUA-larının istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

2022-12-26 13:28:00

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.

Hurriyyet.az xəbər verir ki,yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur. (report)