📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bayraktar" Rusiyanın 110-dan çox texnikasını MƏHV EDİB

2022-03-01 09:22:00

Ukrayna ordusu “Bayraktar TB-2” PUA-ları vasitəsilə Rusiyaya aid 110-dan çox hərbi texnikanı zərərsizləşdirib.

Modern.az xəbər verir ki, bu barədə Şimal Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, “Bayraktar” PUA-larının dəqiq zərbələri ilə Lebedin (Sumı rayonu) yaxınlığında Rusiyanın 96 tankı, 20 “Qrad” qurğusu və 8 yanacaq daşıyan nəqliyyat vasitəsi məhv edilib.

Modern.az