📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayraktar” Ukraynada zavod tikir

2023-09-30 15:54:27

“Bayraktar” Ukraynada zavod tikir

100 milyon dollara yaxın sərmayə qoyulacaq

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən hərbi sənaye forumundakı çıxışı zamanı Ukraynada PUA istehsalı zavodunun 1,5 ildən sonra hazır olacağını bəyan edib.

Haluk Bayraktar deyib: “Tikinti artıq başlanıb və başa çatması üçün təqribən 1,5 il lazım olacaq. Burada azı 300 nəfərin işləyəcəyini planlaşdırırıq”. O, şirkətin Ukraynada 100 milyon dollara yaxın sərmaye yerləşdirəcəyini deyib. Bu vəsaitdən zavod tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin xərcləri üçün istifadə ediləcək.

Hürr Tərcüman