“Bayraktar”dan yeni uğur – Türkiyənin ilk supersonik raketi hədəfə dəydi
2022-12-17 10:57:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin “Bayraktar Akıncı” pilotsuz qırıcısı dünən yeni bir uğura imza atıb. Sınaq zamanı Türkiyənin ilk “hava-yer” tipli supersonik (səsdən sürətli) raketi olan TRG-230-IHA ilə 100 km uzaqlıqdakı hədəf dəqiqliklə vurulub.
İstanbul şəhərindən qərbdə yerləşən Çorlu aerodromundan havaya qalxan PUA 700 km-ə qədər məsafə qət edib, Qara dəniz sahilindəki Sinop rayonunda 7,6 min metr hündürlüyə qalxaraq raket zərbəsi endirib.
Raketin 20-150 km mənzilə malik olduğu bildirilir.
Hürr Tərcüman