📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bayraktar”ın yeni modeli – qeyri-adi yenilik

2023-03-27 14:41:00

“Bayraktar”ın yeni modeli – qeyri-adi yenilik

Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin başçısı Selçuk Bayraktar bu gün sahur vaxtında sosial şəbəkələrdə yeni və daha təkmilləşdirilmiş “Bayraktar TB3” silahlı dronunu təqdim edib.

Dünya müharibə tarixində inqilab edən “Bayraktar TB2”dronlarından sonra hazırlanış yeni modelin qanadları qatlana bilmə xüsusiyyətinə malikdir.

S.Bayraktar “Tvitter” və “Feysbuk” şəbəkələrindəki paylaşmalarında yazıb: “Bu gün paylaşdığımız fotolar istehsal xəttində olan, qanadlarını qatlaya bilmək xüsusiyyətinə malik ilk model olan “balığın” Ramazan ayından əvvəl çəkilmiş ilk təsvirləridir... Böyük qardaşı “Kızılelma”dan sonra ilk uçuşu üçün günləri sayır”.

Hürr Tərcüman