Bayram günü atasının içki içməsinə etiraz edən oğul öldürüldü - TƏFƏRRÜAT + VİDEO
2022-05-04 10:14:00
Qubada 35 yaşlı kişi atası tərəfindən öldürülüb.
Hurriyyet.az xəbər verir ki, 65 yaşlı Nüsrət Vahabov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə nəticəsində Sərraf Vahabova ürək nahiyəsindən bıçaq zərbəsi endirib.
Mərhumun anası Çeşminaz Vahabova İTV-yə bildirib ki, qətl baş verən gün Nüsrət Vahabov içkili olub. Qətlə yetirilən övladı atasına bayram günü spirtli içki içməsinə etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə qətllə nəticələnib.