Bayram günü metro və tramvaylar işləməyəcək
2023-05-01 16:14:00
Hurriyyet.az xəbər verir ki, nəqliyyat işçilərinin 1 May bayramı ilə əlaqədar tətil etməsi səbəbindən paytaxt Afina şəhərində metro və tramvaylar 24 saatlığa öz işini dayandırıb. Bu barədə məlumatı Yunanıstanın “Katamerini” qəzeti yayıb. Avtobus və trolleybus sürücüləri də öz fəaliyyətlərini qismən məhdudlaşdıracaqlar.
Hürr Tərcüman