📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bаyrаm namazının vaxtı açıqlandı

2022-07-06 13:28:00

Bаyrаm namazının vaxtı açıqlandı

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Hurriyyet.az-a verilən məlumata görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.

Şəriətə uyğun olaraq Qurban kəsimi 9 iyul tarixindən başlayaraq 3 gün davam edə bilər. İyul ayının 9-da məscidlərimizdə birgə Bayram namazları qılınacaq.